Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Estoniyada səfərdədir

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Estoniyada səfərdədir
# 26 mart 2012 16:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) şöbə müdirlərindən ibarət nümayəndə heyəti «Eurovision» və digər böyük tədbirlərin təşkilində Estoniyanın təcrübəsini öyrənmək üçün Tallin şəhərinə səfərə gəlib. Bu barədə APA Estoniya KİV-inə istinadən məlumat yayıb.

Səfər çərçivəsində heyətlər böyük tədbirlərdə tamaşaçıların təhlükəsizliyinin təşkili sahəsində təcrübə mübadiləsi aparacaq.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu deyən Tallin Qanunverici yığıncağının Rəyasət Heyətinin üzvü, qayda-qanun komissiyasının sədri Maks Kaur bildirib ki, Estoniya və Avropa Birliyi ölkələri Azərbaycanın Avropa Birliyinə dərin inteqrasiyası üçün rəsmi Bakını daha fəal dəstəkləməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR