İsmayıllıda baş verən zəncirvari yol qəzasında 3 nəfər ağır xəsarət alıb

İsmayıllıda baş verən zəncirvari yol qəzasında 3 nəfər ağır xəsarət alıb
# 28 mart 2012 16:31 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə Muğanlı-İsmayıllı-Qəbələ yolunun 10-cu kilometrliyində, İsmayıllı rayonunun Basqal kəndi ərazisində qeydə alınıb.
İsmayıllı rayon sakini Nəsimi Nadirov idarə etdiyi 90-XX-840 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobili yoldan çıxaraq aşmış “Mersedes” markalı avtomobilin sürücüsünə və sərnişinlərinə kömək etmək məqsədilə yolun kənarında saxlayıb. Nəsimi Nadirov “Mersedes” markalı avtomobildə yüngül xəsarət sərnişinləri öz maşınına gətirərkən həmin vaxt Şəki rayon sakini, 30 yaşlı Taleh Əzizovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanmış “Toyota Prado” markalı minik maşınına çırpılıb.

Hadisə nəticəsində “VAZ 2109” markalı avtomobilin sürücüsü Taleh Əzizov və onun iki sərnişini Şəki rayon sakini Yusif Vahabov və Nihad Vahabov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, Taleh Əzizovun vəziyyəti daha ağır olduğu üçün Bakıya göndərilib. Hadisəyə qar yağmış yolun sürüşkən olması səbəb olub. Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR