İran parlamenti: “Altılıq” ölkələri İran həqiqətlərini qəbul etməli və bu məsələdə tərəflər uzlaşmalıdır

İran parlamenti: “Altılıq” ölkələri İran həqiqətlərini qəbul etməli və bu məsələdə tərəflər uzlaşmalıdır
# 12 aprel 2012 01:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran parlamentinin deputatları “altılıq” ölkələri ilə keçiriləcək müzakirələrə dair bəyanat imzalayıb. APA-nın məlumatına görə, 204 millət vəkilinin imzaladığı bəyanat müzakirələrdə İranı təmsil edəcək nümayəndə heyətini dəstəkləmək məqsədilə hazırlanıb. Sənəddə bildirilib ki, İranın nüvə enerjisindən istifadə haqqı inkar edilə bilməz: “Rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və NPT müqaviləsinin tələbləri əsasında nüvə proqramını həyata keçirir. İranın nüvə proqramına görə sanksiyalara məruz qalması beynəlxalq qanunlara ziddir. “Altılıq” ölkələri İran həqiqətlərini qəbul etməli və bu məsələdə tərəflər uzlaşmalıdırlar”. Bəyanatın sonunda “altılıq” ölkələri ilə keçiriləcək müzakirələrdə İranın nüvə enerjisi haqqını müdafiə edəcək heyətin dəstəkləndiyi bəyan edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR