Yevlaxda 32 yaşlı qəssab intihar edib

Yevlaxda 32 yaşlı qəssab intihar edib
# 26 fevral 2012 14:38 (UTC +04:00)
Yevlax. Elvin Yaqubov – APA. Azərbaycanın Yevlax rayonunda intihar hadisəsi baş verib. APA-nın xəbərinə görə, rayonun Gülövşə kənd sakini, 1980-ci il təvəllüdlü Xankişiyev Niyaməddin İsmayıl oğlunun meyiti bu gün saat 14.00 radələrində yaşadığı evin həyətindəki tövlədən asılmış vəziyyətdə tapılıb. Ailəli olan N. Xankişiyevin intihar etməsinin səbəbi hələ ki məlum deyil. Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır. İntihar edən şəxsin rayonda qəssab işlədiyi açıqlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR