Bakıda ev yanıb

Bakıda ev yanıb
# 09 aprel 2012 06:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakının mərkəzində ev yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Mənzildə kirayənişin kimi yaşayan 1 nəfər tüstüdən zəhərlənib. O, yanğınsöndürənlər tərəfindən xilas olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR