Yevlaxda sahibkarlar üçün treninqlər keçirilib

Yevlaxda sahibkarlar üçün treninqlər keçirilib
# 06 aprel 2012 08:59 (UTC +04:00)
Bakı - APA-Economics. Yevlaxda İqtisadi İnkişaf Nazirliyinin (İİN) Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Yevlax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və Beynəlxalq Əmək Təşkilatının “Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir” Proqramı çərçivəsində “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninqlər keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Bakı BBTM-in Yevlax nümayəndəliyinin, İİN-in Aran regional bölməsinin əməkdaşları, eləcə də Yevlax rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir.

Tədbirdə sahibkarlara risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilmiş, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda təqdimat keçirilmişdir. Həmçinin, treninqə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində sahibkarlara BBTM tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR