Amerikalı jurnalisti və Böyük Britaniyadan olan hüquq müdafiəçisini döyməkdə təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər

Amerikalı jurnalisti və Böyük Britaniyadan olan hüquq müdafiəçisini döyməkdə təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər
# 28 fevral 2012 14:12 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Selia Deyvisə qarşı xuliqanlıq hərəkətləri etməkdə və onları döyməkdə təqsirləndirilən Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər. APA-nın xəbərinə görə, apellyasiya şikayətə əsasında məhkəmənin ilkin baxış iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, Yasamal rayon Məhkəməsinin hökmünə əsasən, Nazim Hüseynov 4 il, digər təqsirləndirilən şəxslərin hər biri isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2011-ci il iyunun 15-dən 16-na keçən gecə, saat 00:20 radələrində paytaxtın Yasamal rayonu Vidadi küçəsində Böyük Britaniya vətəndaşı Silviya Devis və ABŞ vətəndaşı Amanda Erikson döyülüblər. Bununla əlaqədar həmin gün Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1–ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun törətdiyi məlum olub və onlar tutulublar.
A.Erikson və S. Devisin Azərbaycandakı fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A. Erikson, həmçinin ABŞ-ın nüfuzlu «Vaşinqton Post» və «Nyu-York Times» qəzetləri ilə də əməkdaşlıq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR