Qadının idarə etdiyi “İnfiniti FX 35” “Mercedes”lə toqquşub, 3 nəfər xəsarət alıb

Qadının idarə etdiyi “İnfiniti FX 35” “Mercedes”lə toqquşub, 3 nəfər xəsarət alıb
# 18 iyul 2012 08:32 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov - APA. Bakı-Şamaxı yolunda baş verən 2 avtomobil qəzasında 4 nəfər ağır xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-ya bildirib ki, hadisələr yolun 106 və 120-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.

Bakının Nərimanov rayonunda yaşayan 1982-ci il təvəllüdlü Rəcəbova Zeynəb Yaqub qızının idarə etdiyi 90-FX-707 dövlət nömrə nişanlı “İnfiniti FX 35” markalı avtomobil qarşı tərəfdən gələn Şamaxı sakini, 1971-ci il təvəllüdlü Alıyev Vüqar Alı oğluna məxsus 10-UV-595 dövlət nömrə nişanlı “Mercedes-180” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də “Mercedes”dəki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Şamaxı sakini, 1979-cu il təvəllüdlü Osmanov Rəşad Sultan oğlu isə 56-BE-771 dövlət nömrə nişanlı “VAZ 21043” markalı avtomobili yüksək sürətlə idarə edərkən yoldan çıxararaq maneəyə çırpıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR