«Era Trans Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Era Trans Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 29 fevral 2012 14:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Era Trans Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 765 manat, sayı 3 min ədəd, emissiyanın ümumi həcmi isə 5,295 mln. manat təşkil edir.

Emissiya «Era Trans Sığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 1 436 manat olan 3 min ədəd və 4,308 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Qapalı təklif üsulu ilə keçirilən yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 22,9% artaraq 5,295 mln. manata çatacaq.

Qeyd edək ki, «Era Trans Sığorta» 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalının həcmi 4,308 mln. manat təşkil edib. Şirkətin 1 filialı (Sumqayıt) və 4 nümayəndəliyi (Şirvan, Göyçay, Yevlax, Ağdaş) mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR