ABŞ-da Qərbi Nil qızdırmasından 220 nəfər ölüb

ABŞ-da Qərbi Nil qızdırmasından 220 nəfər ölüb
# 25 oktyabr 2012 01:57 (UTC +04:00)
Bakı-APA. 2012-ci ildə Qərbi Nil qızdırmasından ölən ABŞ vətəndaşlarının sayı 219 nəfərə çatıb. Bu barədə Reyter ABŞ Xəstəliklərə nəzarət və profilaktikası mərkəzinə istinadən məlumat verir.

Daha öncə 147 nəfərin öldüyü bildirilirdi.

ABŞ rəsmiləri 4725 nəfərin Qərbi Nil qızdırmasına yoluxduğunu bildiriblər.

Qərbi Nil qızdırması ağcaqanadlar tərəfindən yayılan xəstəlikdir. Xəstəliyin simptomları qripin simptomları ilə üst-üstə düşür. İnsanlardan əlavə ağcaqanadlar və quşlar da bu xəstəliyə tutulurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR