Tarixçi-jurnalist Nəsiman Yaqublunun “Xocalı soyqırımı” kitabı yenidən nəşr edilib - FOTO

Tarixçi-jurnalist Nəsiman Yaqublunun “Xocalı soyqırımı” kitabı yenidən nəşr edilib - <font color=red>FOTO</font>
# 23 fevral 2012 07:51 (UTC +04:00)
Bakı-APA. Tarixçi-jurnalist Nəsiman Yaqublunun “Xocalı soyqırımı” kitabı nəşr olunub. APA-nın xəbərinə görə, Xocalı hadisələrinə həsr olunan kitabda Xocalı faciəsində ölənlər, yandırılanlar, diri-diri başları kəsilənlər, işgəncə ilə öldürülənlər haqqında geniş məlumat verilib. Kitabda, həmçinin ayağı kəsilən, şikəst olan qadınların, cavanların, oğlu, qızı itkin düşmüş anaların faciəsi təsvir edilib.

Qeyd edək ki, kitab 1992-ci ildə 30 000 nüsxə olaraq nəşr edilib. 2012-ci ildə isə müəllif tərəfindən yenidən işlənib nəşrə hazırlanıb. Müəllif həmin hadisələrdə döyüş bölgələrində olub, xocalılarla görüşüb, faciəni yaşayanların dediklərini və öz gördüklərini qələmə alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR