Azərbaycanın daha iki rayonu rəqəmli televiziya ilə tam əhatə olunub

Azərbaycanın daha iki rayonu rəqəmli televiziya ilə tam əhatə olunub
# 06 avqust 2012 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan rəqəmli televiziyanın tətbiqi istiqamətində görülən işləri davam etdirir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, Birliyin mütəxəssisləri tərəfindən Qusar rayonunun Cibir RTS-də 42-ci TV kanalında «Vigintos Elektronika» şirkətinin istehsalı olan 600 Vt-lıq, Siyəzən rayonunun Gilgilçay RTS-də 30-cu TV kanalda, «DUT-85-43» tipli, gücü 150 Vt olan müasir tələblərə və standartlara cavab verən rəqəmli DVB-T vericiləri quraşdırılaraq istismara verilib: «Bununla da nəinki qeyd edilən rayonların əraziləri, eləcə də bu rayonlara yaxın olan digər rayonların əraziləri də rəqəmli yayım ilə əhatə olunub».

Qeyd edək ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Cənubi Qafqazda ilk dəfə olaraq 2004-cü ildə Bakı şəhərində rəqəmli TV yayımı tətbiq edilib. Ölkədə rəqəmli TV yayımı tam təmin edildikdən sonra analoq televiziya yayımı dayandırılacaq ki, bu da 2013-cü ildə nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR