Suriyadan qaçan erməni ailələri işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilir

Suriyadan qaçan erməni ailələri işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilir
# 27 oktyabr 2012 09:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycanın Laçın rayonu ərazisində Suriyadan gəlmiş erməni ailələri məskunlaşdırılıb.

APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, ümumilikdə bu günədək Laçında Suriyadan gəlmiş 20 erməni ailəsinin məskunlaşdırıldığı bildirilir. Onlara 5 milyon dram məbləğində yardım edilib. Bundan başqa, erməni ailələrinə ərzaq yardımının ediləcəyi də bildirilir.

Suriyadan gələn ermənilərin digər rayonların ərazilərində yerləşdirildiyi bildirilsə də, onların ümumi sayı açıqlanmayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR