Hüquq müdafiəçisi Ağsu rayon Polis Şöbəsində monitorinq keçirib

Hüquq müdafiəçisi Ağsu rayon Polis Şöbəsində monitorinq keçirib
# 30 oktyabr 2012 09:06 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ağsu rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib. E. Behbudovun APA-ya verdiyi məlumata görə, təcridxanada hazırda təmir olunur: “Təcridxana dünya standartlarına cavab verən şəkildə təmir olunur. Yaxın vaxtlarda təmir işləri başa çatacaq. Təmirlə əlaqədar olaraq orada saxlanılan yox idi”.

E. Behbudov Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə hüquq müdafiəçisi Elçin Abdullayevlə birlikdə Ağsu rayonunda “Polis və vətəndaş münasibəti” adlı tədbir keçirdiklərini də bildirib: “Tədbirdə rayonun icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və rayon Polis Şöbəsinin rəisi Bahadur Şükürov da iştirak edirdi. Vətəndaşların əsas sualları narkomanlarla bağlı oldu. Mən də bildirdim ki, artıq Kürdəmir rayonunda həmin xəstələr üçün ayrıca müalicə müəssisəsi tikilir. Tədbirdə prokurorluq, polis, məhkəmə orqanlarının əməkdaşları, təhsil işçiləri, Ağsu sakinləri iştirak edirdilər. Polis və vətəndaş münasibətləri ilə bağlı fikir mübadiləsi aparıldı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR