Valentina Matviyenko: “Rusiya xalqının yeni siyasi simalara ehtiyacı var”

Valentina Matviyenko: “Rusiya xalqının yeni siyasi simalara ehtiyacı var”
# 14 mart 2012 12:02 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. “Bir neçə ildən sonra Rusiya siyasi səhnəsində yeni simalar olacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiyada keçirilən prezident seçkilərini şərh edən V. Matviyenko seçkiləri tam legitim adlandırıb. Onun sözlərinə görə, Vladimir Putin Rusiya əhalisinin səs çoxluğu ilə tam qələbə qazanıb: “Seçkilər tam şəffaf keçirildi. Seçki məntəqələrində quraşdırılan videokameralar vasitəsi ilə seçki prosesini izləmək mümkün idi. Seçki saxtalaşdırıldı deyə informasiya yayanlar bunu qəsdən edirlər. Lakin Rusiya xalqı Vladimir Putinə etimad göstərərək öz sözünü dedi”.

V. Matviyenko Rusiya xalqının yeni siyasi simalara ehtiyacı olduğunu söyləyib: “Bunu son prezident seçkiləri göstərdi. Mixail Proxorovun seçkilərdə iştirakı və onu iki namizədi geridə qoyması böyük nəticədir. O, Rusiya siyasətinin veteranı Vladimir Jirinovskini və Sergey Mironovu geridə qoydu. Bu, böyük qələbədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR