Azərbaycanda 16 yaşlı yeniyetmə bıçaqlanıb

Azərbaycanda 16 yaşlı yeniyetmə bıçaqlanıb
# 21 iyun 2012 11:35 (UTC +04:00)
Qusar. Vəli Turan - APA. Qusar rayonunda bıçaqlaşma hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun məlumatına görə, Qusar şəhər sakini, 1995-ci il təvəllüdlü Orxan Əzizov naməlum şəxs tərəfindən bıçaqlanıb. Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilən yaralının üzərində dərhal cərrahiyə əməliyyatı aparılıb.

Məlum olub ki, O. Əzizova döş qəfəsi və çiyin nahiyəsindən 2 bıçaq zərbəsi vurulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR