Gədəbəydə yeni tədris ilinə hazırlıqla əlaqədar konfrans keçirilib

Gədəbəydə yeni tədris ilinə hazırlıqla əlaqədar konfrans keçirilib
# 09 sentyabr 2012 10:50 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gədəbəydə yeni tədris ilinə hazırlıqla əlaqədar rayon təhsil işçilərinin konfransı keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, konfransda rayonun ümumtəhsil məktəblərindən bu il məzun olmuş şagirdlərin ali məktəblərə qəbul göstəriciləri müzakirə olunub. Bu il Gədəbəy rayon məktəblərini 709 şagird bitirib, onlardan 317 nəfər ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Ali məktəblərə sənəd vermiş məzunlardan 141 nəfər imtahanlarda müvafiq nəticə göstərərək tələbə adını qazanmağa müvəffəq olub. Gədəbəy rayonu üzrə ali məktəbə qəbul olanlardan 30 nəfər 500-dən artıq bal toplayıb. Rayon üzrə ən yüksək göstəricini Gədəbəy rayonu, Soyuqbulaq kənd sakini Samir Məmmədov göstərib, o 669 bal toplayıb. Ümumilikdə, bu il ali məktəblərə imtahanlarla 600 baldan yuxarı nəticə göstərən Gədəbəy məktəblilərinin sayı 7 nəfərdir.
Konfransda yeni tədris ilinə hazırlıq, məktəblərdə aparılan yenidənqurma-bərpa işləri və sair məsələlər geniş müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR