Azərbaycanda gənc ailələrin sosial müdafiəsi ilə bağlı qanun hazırlanır

Azərbaycanda gənc ailələrin sosial müdafiəsi ilə bağlı qanun hazırlanır
# 01 noyabr 2012 12:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə YAP-ın saytına parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. H. Rəcəbli deyib ki, belə bir məsələ ilə əlaqədar mütəmadi olaraq həm millət vəkilləri, həm də vətəndaş cəmiyyəti təsisatları tərəfindən təkliflər səslənir. Onun sözlərinə görə, parlamentin Sosial siyasət komitəsi bu təklifləri nəzərə alaraq yeni qanun layihəsi üzərində işləyir: “Ailə cəmiyyətin əsasını təşkil edir. Xüsusilə yeni nikaha girən gənc ailələrin bünövrəsi möhkəm təməllər üzərində qurulmalıdır. Bunun üçün bir sıra amillərlə yanaşı gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi də vacib şərtlərdən biridir. Bu mənada sözügedən məsələnin həlli zəruridir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR