Azərbaycan paytaxtında zəncirvari qəza baş verib, 20-dək maşın toqquşub

Azərbaycan paytaxtında zəncirvari qəza baş verib, 20-dək maşın toqquşub
# 16 fevral 2012 07:05 (UTC +04:00)
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Yasamal rayonu ərazisində Xarici Dairəvi Yolda qeydə alınıb. Qəza zamanı 20-yə yaxın avtomobil bir-birinə dəyib. Nəticədə xəsarət alan olmasa da, bir-neçə avtomobilə ciddi ziyan dəyib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəyə yolun buz bağlaması səbəb olub. Nəticədə 5-6 maşına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR