Türkiyə Xarici İşlər Nazirliyi İran rəsmilərini məsuliyyətli davranmağa çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi İran rəsmilərini məsuliyyətli davranmağa çağırıb
# 07 avqust 2012 16:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran rəsmilərinin Türkiyənin ünvanına sərt ittihamlar səsləndirməsi narazılığa səbəb olub. APA-nın məlumatına görə, məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb.

Açıqlamada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Həsən Firuzabadi başda olmaqla qonşu ölkənin rəsmilərinin son çıxışları tənqid olunub: “İran rəsmilərinin Suriya məsələsində Türkiyənin ünvanına tənqidi fikirlər səsləndirməsi məsuliyyətsiz davranışlardır və qəbulolunmazdır. Müxtəlif vəzifələrdəki İran rəsmilərinin ölkəmizi hədəf alan şərhlərinin davam etməsi düzgün addım deyil və qəbul oluna bilməz. Suriyada baş verən hadisələrin əsl günahkarı bu ölkənin prezidenti Bəşər Əsəddir. Bunlar tarix və vicdanları qarşısında mütləq hesab verəcək. Türkiyə Suriyada 48 iranlı zəvvarın qaçırılmasına səssiz qalmayıb və İrandan gələn yardım tələbi üzərinə hərəkətə keçib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə iranlı həmkarı Əli Əkbər Salehi arasında keçiriləcək görüşdə də əsasən bu məsələ müzakirə olunacaq. Ona görə də İran rəsmilərini əsassız şərhlərinə son verməyə və qonşuluq əlaqələrinin ruhuna yaraşacaq şəkildə davranmağa dəvət edirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR