Saakaşvili: «Gürcüstanın NATO-ya daxil olmağına Rusiya mane olub»

Saakaşvili: «Gürcüstanın NATO-ya daxil olmağına Rusiya mane olub»
# 29 may 2012 21:48 (UTC +04:00)
Bakı-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili NATO-nun növbəti sammitində alyansa daxil olmağa ümid etdiyini bəyan edib.

Onun sözlərinə görə, Alyansa daxil olmaq indiyədək Rusiyanın hərəkətlərinə görə alınmayıb. «Bir tərəfdən biz çox çətin geosiyasi vəziyyətlə rastlaşmışıq işğala məruz qalmışıq, digər tərəfdən Gürcüstan vacib islahatlar keçirilən və beynəlxalq göstəricilərə görə sərmayə qoyula bilən çox sabit bir ölkədir», deyə Gürcüstan prezidenti bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR