Azərbaycanda şadlıq sarayının qarşısında qətl hadisəsi baş verib

Azərbaycanda şadlıq sarayının qarşısında qətl hadisəsi baş verib
# 15 fevral 2012 07:21 (UTC +04:00)
Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.

Hadisə dünən gecə Şəmkir şəhərində yerləşən "Qoşa Çinar" şadlıq sarayının qarşısında qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü Xəqani Əsgərov aralarında yaranmış münaqişə zəminində tanışı, 1983-cü il təvəllüdlü Elxan İbrahimovu bıçaqlayıb. E. İbrahimov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisəni törədən X. Əsgərov tutulub.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR