Azərbaycanın təhsil naziri gündəliklərdə reklam yerləşdirilməsi və məzunlara attestatın hansı qurum tərəfindən veriləcəyi məsələsinə münasibət bildirib

Azərbaycanın təhsil naziri gündəliklərdə reklam yerləşdirilməsi və məzunlara attestatın hansı qurum tərəfindən veriləcəyi məsələsinə münasibət bildirib
# 02 may 2012 12:30 (UTC +04:00)
Hesab edirəm ki bu şagirdlərdə heç bir çaşqınlıq yaratmaz”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov yenin tərtib edilən gündəliklərdə reklamların yerləşdirilməsi barədə sualı cavablandırarkən deyib.

Nazir hesab edir ki, reklamlar heç bir fikir yayındırmasına səbəb ola bilməz: “İkincisi də, gündəliyi biz nəşr etmirik. Gündəliyi nəşriyyat çap edir, bu suallara da onlar cavab versə, daha yaxşı olar”.

Nazir buraxılış imtahanlarından sonra attestatların hansı qurum tərəfindən veriləcəyi məsələsinə də münasibət bildirib: “Qanunda attestatların Təhsil Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulur. Yəqin ki, bu il də məzunlara attestatları biz verəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR