BFB-də Azərbaycan Mərkəzi Bankının 20 mln. manatlıq notları yerləşdirilib

BFB-də Azərbaycan Mərkəzi Bankının 20 mln. manatlıq notları yerləşdirilib
# 14 mart 2012 15:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50101134S seriyalı, ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən «APA-Economics»ə verilən məlumata görə, 6 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 41 445 800 manat təşkil edib. Sifarişlər 99,8873% (gəlirlik 1,45%) - 99,8680% (gəlirlik 1,70%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8757% (gəlirlik 1,60%), orta ölçülmüş qiyməti isə 99,8848% (gəlirlik 1,48%) səviyyəsində müəyyənləşdirilib.

Nəticədə notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 4 002 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 20 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin aprelin 11-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR