Ukraynalı soprano Yekaterina Straşenko Bakıya dəvət olunub

Ukraynalı soprano Yekaterina Straşenko Bakıya dəvət olunub
# 30 oktyabr 2012 13:31 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Noyabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında R.Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünya opera sənətinin incilərindən sayılan bu tamaşada əsas partiyalardan biri olan Nedda partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi tərəfindən Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti, Vokalçıların P.Çaykovski adına müsabiqəsinin qalibi Yekaterina Straşenko dəvət olunub.
Y.Straşenko hazırda Avropada ən çox tələb olunan və populyar vokalçılardan biridir. Almaniya, Danimarka, Hollandiya, İngiltərə, İspaniya, Fransa, İtaliya və Yaponiyada çox uğurla baş tutan qastrol səfərlərində olub. Tokioda keçirilən beynəlxalq opera festivalında Y.Straşenko Nedda partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş mükafata layiq görülüb.

“Payatsı” operasının tamaşasında ukraynalı qastrolçu ilə yanaşı, səhnəmizin ən istedadlı opera sənətçiləri, Azərbaycanın xalq artistləri Azər Zeynalov (Kanio), Əvəz Abdullayev (Silvio), həmçinin gənc vokalçı Anton Ferştandt (Tonio) da çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR