Türk xalqlarının ümumi informasiya lüğəti yaradılacaq

Türk xalqlarının ümumi informasiya lüğəti yaradılacaq
# 30 oktyabr 2012 12:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Türk xalqlarının ümumi informasiya lüğəti yaradılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İ. Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli deyib. Onun sözlərinə görə, noyabrın əvvəlində bu məsələni müzakirə etmək üçün Türkiyə Dil Qurumunun nümayəndələri Azərbaycana gələcək. Səfər çərçivəsində AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi, Dilçilik İnstitutu ilə müzakirələr aparılacaq: “Türkiyə Dil Qurumu ilkin olaraq 100 söz təqdim edib. Bu sözlərin Azərbaycan, qazax, özbək, türkmən və digər türk dillərində, o cümlədən ingilis dilində qarşılıqları tapılacaq. Türk dilində ortaq sözlərin yaradılması daha məqbuldur. Bu variant da müzakirə olunacaq. Daha sonra isə türk xalqları üçün böyük və ümumi informasiya lüğəti yaradılacaq”.

F. Veysəlli deyib ki, Türk Dil Qurumu ilə Dilçilik İnstitutu arasında əməkdaşlıq haqqında niyyət protokolu da imzalanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR