Almaz hasil edən dünya ölkələrinin yeni reytinqi açıqlanıb

Almaz hasil edən dünya ölkələrinin yeni reytinqi açıqlanıb
# 03 avqust 2012 10:36 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya 2011-ci ildə istehsalın həcminə görə almaz hasil edən ölkələr arasında lider olub.

APA-Economics”in xəbərinə görə, ötən il Rusiyada 35,14 mln. karat almaz hasil olunub.

İkinci-üçüncü yerləri Botsvana (22,9 mln. karat) və Konqo Demokratik Respublikası (19,249 mln. karat) bölüşür. Sonrakı üçlükdə Kanada (10,795 mln. karat), Zimbabve (8,502 mln. karat) və Anqola (8,328 mln. karat) qərarlaşıb.

Bununla belə, hasil olunmuş almazın dəyərinə görə liderlik Rusiyaya yox, Botsvanaya məxsusdur – 3,902 mlrd. dollar. Rusiya 2,675 mlrd. dollar, Kanada 2,551 mlrd. dollar həcmində almaz hasil edib. Konqo isə bu göstəriciyə görə sonuncu yerdədir. Bunun səbəbi odur ki, Konqoda almazın 1 karatı 9 dollar, Botsvanada 170 dolar, Rusiyada 76 dollar, Kanadada 236 dollardır. Ən bahalı almaz isə Lesotoda çıxarılır – 1 karatı 1600 dollara.

Ötən il dünya üzrə 124 mln. karat (2010-cu ildə 128 mln. karat) almaz hasil olunub. Bu almazın dəyəri illik müqayisədə 26% artaraq 14,406 mlrd. dollara yüksəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR