Azərbaycanda son bir ildə istehlak kreditləşməsi 26% artıb

Azərbaycanda son bir ildə istehlak kreditləşməsi 26% artıb
# 16 may 2012 14:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən ev təsərrüfatlarına verilən kreditlərin (istehlak kreditləri) həcmi 2012-ci il martın 1-nə 3,456 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin martın 1-nə nisbətən 708 mln. manat və ya 25,8% çoxdur.

Eyni zamanda, bu ilin əvvəlindən istehlak kreditlərinin həcmi 141 mln. manat və ya 4,3% artıb. Ümumilikdə, istehlak kreditləşməsində son zamanlar davamlı artım müşahidə olunur və yalnız böhran ili hesab olunan 2009-cu ildə istehlak kreditlərinin həcmində azalma baş verib:




Göründüyü kimi, 2009-cu il istisna olunmaqla, son illər istehlak kreditləşməsində Azərbaycanda davamlı artım baş verib. Həmin il müşahidə olunan 6 mln. manatlıq azalma isə qlobal maliyyə böhranının Azərbaycan bank sisteminə təsir etməyə başlaması və bu səbəbdən banklar tərəfindən ilk növbədə istehlak kreditlərinin verilməsini dayandırması və ya kəskin məhdudlaşdırması ilə bağlı olub. Sonrakı dövrlərdə istehlak kreditləşməsində canlanma tədricən bərpa olunub və nəticədə son iki il ərzində burada təxminən 1 mlrd. manatlıq artım baş verib. Bu da öz növbəsində Azərbaycan bank sistemində böhran əlamətlərinin aradan qalxdığını göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR