Azərbaycanda “Eurovision-2012” əleyhinə və radikal İslamı təbliğ edən disklər yayan dəstə ifşa edilib

Azərbaycanda “Eurovision-2012” əleyhinə və radikal İslamı təbliğ edən disklər yayan dəstə ifşa edilib
# 22 may 2012 08:50 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhərindəki “İslam” mağazasında axtarış aparılıb. Axtarış zamanı oradan Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və şüarlar yer almış disklər aşkar edilərək götürülüb.

Əməliyyat zamanı adıçəkilən mağazanın sahibi Əli Əliyev və “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə təbliğat aparan daha 10 nəfər tutulub.

Qeyd edək ki, Bakı və Sumqayıtda “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə və radikal İslamın təbliğinə yönələn müraciətlər və disklər yayılıb.

Disklərin İranda hazırlandığı ehtimal edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR