Azərbaycanda məktəblilərin yaz tətili günlərində dəyişiklik olub

Azərbaycanda məktəblilərin yaz tətili günlərində dəyişiklik olub
# 01 mart 2012 11:51 (UTC +04:00)
Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, məktəblilərin yaz tətilinin müddəti martın 17-dən 24-nə qədərdir: “Lakin Novruz bayramı ilə bağlı Nazirlər Kabinetinin elan etdiyi qeyri-iş günləri ilə əlaqədar tətil müddətində də dəyişiklik olub. Belə ki, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə şagirdlər martın 26-da, 5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə martın 27-də dərsə gələcəklər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR