Əfqanıstanın dövlət qulluqçuları Azərbaycanda səfərdədir

Əfqanıstanın dövlət qulluqçuları Azərbaycanda səfərdədir
# 11 iyun 2012 13:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Əfqanıstanın dövlət qulluqçuları Azərbaycanda rəsmi səfərdədir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Əfqanıstandan olan nümayəndə heyəti üçün “Dövlət qulluğuna mərkəzləşdirilmiş qaydada qəbul”, “Komissiyanın beynəlxalq əlaqələri və strateji əməkdaşlıq”, “Komissiyanın rəsmi saytı və göstərdiyi elektron xidmətlər”, “Xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi”, “Dövlət qulluğu sisteminin hüquqi tənzimlənməsi”, “Dövlət qulluqçularının etik davranış qaydaları” və digər mövzularda təqdimatlar ediləcək. Proqrama əsasən, nümayəndə heyəti sabah Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovla görüşdükdən sonra Komissiyanın dövlət qulluğuna qəbulla bağlı test imtahanlarının keçirildiyi test mərkəzi ilə də tanış olacaqlar.
Növbəti günlərdə qonaqlar Heydər Əliyev Fonduna, İqtisadi İnkişaf Nazirliyinə, Nəqliyyat Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və onun yerli bölmələrinə və Dövlət İdarəçilik Akademiyasına səfər edəcəklər. Səfər iyunun 15-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR