Azər Bayramov: «Azərbaycanın sığorta bazarı son iki ildə 40-50% artıb»

Azər Bayramov: «Azərbaycanın sığorta bazarı son iki ildə 40-50% artıb»
# 28 iyun 2012 09:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son iki il ərzində Azərbaycanın sığorta sektoru sürətlə inkişaf edib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Ölkənin sığorta sektorunda aparılan işlər barədə danışan A.Bayramov qeyd edib ki, son iki il ərzində Azərbaycanın sığorta sektoru xeyli inkişaf edib, bu müddətdə icbari sığorta sahəsində iki vacib qanun qəbul edilib: «Son iki il ərzində Azərbaycanın sığorta bazarı təxminən 40-50% artıb. Bu sahənin artım templəri ölkənin qeyri-neft sektorunun ümumi artım tempini 5-6 dəfə üstələyir».

Bununla yanaşı nazir müavini Azərbaycanın xarici dövlət borcu ilə bağlı hazırkı vəziyyəti də şərh edib: «Azərbaycan dövlət borcunun idarə edilməsi məsələsinə konservativ yanaşır və hazırda dövlət borcu ÜDM-in 8%-ni üstələmir».

A.Bayramov vurğulayıb ki, Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri bufer rolunu oynayır: «Büdcə maliyyələşməsində son 6-7 il ərzində qeyri-stabil hallar baş verməyib. Həmçinin, hazırda xəzinədarlıq sisteminin avtomatlaşdırılması işləri həyata keçirilir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR