«Günaybank» yeni bank proqramının tətbiqinə hazırlaşır

«Günaybank» yeni bank proqramının tətbiqinə hazırlaşır
# 09 fevral 2012 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günaybank» ASC mart ayından etibarən «Proqress» adlı yeni bank proqramının tətbiqinə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Vüqar Mirheydərov bildirib.

V.Mirheydərovun sözlərinə görə, qiyməti təxminən 150 min ABŞ dolları olan bu proqram təminatı AZEL (Azerbaijan Electronics) şirkətindən alıb: «Bu proqram əvvəlki proqramdan müasirliyi, əməliyyatların avtomatik və on-line rejimdə həyata keçirilməsi xüsusiyyətləri ilə fərqlənir».

V.Mirheydərov bildirib ki, bankın əvvəlki proqram təminatında («Bank PS») baş ofislə filiallar arasında olan əməliyyatlara on-line nəzarət etmək imkanı olmayıb. Lakin yeni proqramda filiallarda aparılan əməliyyatlara baş ofisdən nəzarət etmək mümkün olacaq.

Qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən 15-ə yaxın bank «Proqress» proqramından istifadə edir. Proqram AZEL şirkəti tərəfindən hazırlanıb.

Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günay Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR