Vitali Kliçko boksdan getməsi barədə xəbəri təkzib edib

Vitali Kliçko boksdan getməsi barədə xəbəri təkzib edib
# 24 sentyabr 2012 17:50 (UTC +04:00)
Bakı – APA. Ukraynalı ağır çəkili boksçu və “UDAR” partiyasının lideri Vitali Kliçko bəyan edib ki, idman karyerasını davam etdirmək niyyətindir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, özünün Facebook səhifəsində Kliçko bildirib ki, bir qədər əvvəl Donetskdə keçirilən mətbuat konfransında dediyi sözləri jurnalistlər yanlış başa düşüblər. “Hal hazırda boksçu karyerasını bitirmək fikrim yoxdur. Mətbuat konfransında bunu aydın şəkildə qeyd etmədiyinə görə üzr istəyirəm”, - deyə Kliçko bildirib. O deyib ki, Ukrayna şəhərlərinə seçkiqabağı səfərini davam etdirəcək.

Xatırladaq ki, Ukraynalı boksçu sentyabrın 9-da Moskvada keçirilən döyüşdə texniki nokautla Almaniyalı Manuel Çarroya qalib gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR