Kanadada Azərbaycan kino gecəsi keçirilib

Kanadada Azərbaycan kino gecəsi keçirilib
# 19 oktyabr 2012 15:17 (UTC +04:00)
Bakı-APA. Kanadanın Ottava şəhərində Azərbaycan kino gecəsi keçirilib. Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən səfir Fərid Şəfiyev ölkəmizin kino tarixi ilə bağlı məlumat verib və hal-hazırda ölkədə hökumət tərəfindən kinematoqrafiya sahəsinə qayğı göstərildiyini xüsusilə qeyd edib.
Çıxışdan sonra 2010-cu ildə ekranlaşdırılmış və Samir Kərimoğlunun rejissoru olduğu “Niyyət” filmi nümayiş olunub.

Tədbirdə Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən, bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR