«Bank VTB Azerbaijan» ötən il kreditləşməni 3 dəfə artırıb

«Bank VTB Azerbaijan» ötən il kreditləşməni 3 dəfə artırıb
# 23 fevral 2012 12:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiya «VTB Group»una daxil olan «Bank VTB Azerbaijan» ASC-nin kredit portfelinin həcmi 46,025 mln. manat olub ki, bu da ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə 3 dəfə çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın 12 ayadək verdiyi kreditlərin həcmi 7,4 dəfə artaraq 23,883 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 84% artaraq 22,141 mln. manat, istehlak kreditləri 3,2 dəfə artaraq 11,119 mln. manat təşkil edib.

Təhlil aparılan il ərzində bankın depozit portfeli 15% artaraq 4,337 mln. manata, o cümlədən müddətli depozitlər 12,9% artaraq 3,293 mln. manata, tələb olunanadək depozitlər 22% artaraq 1,044 mln. manata, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 17% artaraq 1,631 mln. manata çatıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «Bank VTB Azerbaijan» ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları sırasına «VTB Bank» ASC (51%), «AtaHolding» Şirkətlər Qrupu (48,99%), fiziki şəxslər (0,01%) daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR