Əfv sərəncamının şamil olunduğu qadın azadlığa buraxılıb - FOTO

Əfv sərəncamının şamil olunduğu qadın azadlığa buraxılıb - <font color=red>FOTO</font>
# 16 mart 2012 07:44 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Azərbaycan prezidenti İlham Əliyevin martın 15-də imzaladığı əfv sərəncamının icrası davam etdirilir. APA-nın xəbərinə görə, sərəncam qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə müəssisəsində də icra olunub. Bununla bağlı müəssisədə keçirilən mərasimdə Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov, Ombudsman Elmira Süleymanova da iştirak edib.
Bildirilib ki, əfv sərəncamı burada cəza çəkən məhkumlardan birinə - Məmmədova Rəna Hacıbala qızına şamil olunub. Qeyd edək ki, R. Məmmədova həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkum cəzasının 4 il 4 ayını çəkib.

Ombudsman Elmira Süleymanova ölkə başçısının imzaladığı əfv sərəncamını yüksək dəyərləndirərək bunu humanist bir addım olduğunu vurğulayıb: “Azərbaycan dünyada yeganə ölkədir ki, burada qısa zamanda 9 Amnistiya Aktı, 51 əfv sərəncamı verilib. Hüquqi dövlət quruculuğunda belə humanist aktların böyük rolu var. Artıq Azərbaycan məhkəmələri də təkmilləşib. Cəzalar daha liberal və humanist şəkildə tətbiq olunur. Azərbaycanda cəzaçəkmə müəssisələrində də vəziyyət yaxşılaşıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR