Mingəçevirdə 77 yaşlı kişini öldürərək evini qarət edən şəxs tutulub

Mingəçevirdə 77 yaşlı kişini öldürərək evini qarət edən şəxs tutulub
# 05 mart 2012 08:20 (UTC +04:00)
Mingəçevir. Elvin Yaqubov-APA. Azərbaycanın Mingəçevir şəhər sakinini qətlə yetirən şəxs tutulub. Şəhər Polis Şöbəsinin rəis müavini İlqar Hümmətov APA-ya bildirib ki, fevralın 28-də Mingəçevir şəhər sakini 77 yaşlı Əfsər Abdurahmanovu yaşadığı mənzildə küt alətlə qətlə yetirən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib. Müəyyən edilib ki, avtomobil dayanacağında gözətçi işləyən Ə.Abdurrahmanovu Mingəçevir şəhər sakini, əvvəllər Rusiyada iki dəfə məhkumluq həyatı keçirmiş, 1973-cü il təvəllüdlü Rüstəmov Kamran Kamil oğlu qətlə yetirib. Tutularaq istintaqa təhvil verilən K.Rüstəmov mənzildən 130 manat pul, 2 ədəd pensiya kartı və bir ədəd qapaqlı cib saatı oğurladığını etiraf edib. Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR