MM Azərbaycanla bir sıra ölkələr və beynəlxalq təşkilatlar arasında imzalanmış sənədləri təsdiq edib

MM Azərbaycanla bir sıra ölkələr və beynəlxalq təşkilatlar arasında imzalanmış sənədləri təsdiq edib
# 29 iyun 2012 10:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin (MM) bu gün keçirilən iclasında Azərbaycanla bir sıra ölkələr və beynəlxalq təşkilatlar arasında imzalanmış sənədlər səsverməyə çıxarılıb. APA-nın məlumatına görə, MM öncə Azərbaycan prezidenti İlham Əliyevin və Qırğız prezidenti Almazbek Atambayevin Birgə Bəyanatını təsdiq edib. Daha sonra “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında” Sazişdə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Protokol təsdiq edilib.

İclasda, həmçinin “Ozon qatını dağıdan maddələr haqqında Monreal Protokolu”na 1999-cu il 3 dekabr tarixli Pekin Düzəlişi” təsdiq edilib. “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə qoşulmaq barədə qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR