ABŞ-dakı Azərbaycan və türk diasporu Xocalı soyqırımının ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb

ABŞ-dakı Azərbaycan və türk diasporu Xocalı soyqırımının ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
# 08 fevral 2012 15:07 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, kampaniya çərçivəsində onlar Xocalı soyqırımına aid şəkillərin əks olunduğu məktublar göndərirlər.

“20 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni ordusu dinc azərbaycanlılara qarşı dəhşətli cinayət törədib, bu, Cənubi Qafqaz və Xəzər regionunda törədilən ən dəhşətli qətliamdır. Həmin gün erməni silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərini işğal edib, qətliam törədib. Bu, erməni təcavüzünün və Azərbaycanın işğalının kulminasiyası olub. Həmin gün, Ermənistan hökumətinin Dağlıq Qarabağı azərbaycanlılardan təmizləmək cəhdləri 2 000 dinc sakinin, əsasən qadın, uşaq, yaşlıların öldürülməsi, yaralanması, əsir götürülməsi ilə nəticələnib”.

Məktub müəllifləri bildirir ki, Xocalının dinc sakinlərinə qarşı cinayət dünya ictimaiyyəti, o cümlədən ABŞ hökuməti tərəfindən pislənib, bu faciə qəzetlərdə və jurnallarda geniş işıqlandırılıb.

“Xocalı qətliamının şahidi olan və ya onu işıqlandıranlar arasında Hyu Pop, Tomas Qolts, Tom de Vaal və Human Rights Watch təşkilatı olub. Nümayəndələr Palatasının xarici əlaqələr alt komitəsinin üzvü Dən Börton bununla bağlı müraciət edərək, həmkarlarını Xocalı faciəsini xatırlamağa səsləyib.

“Dünya bunu bilməli və yadda saxlamalıdır,” deyə o bildirib.

“2012-ci ilin 26 fevral tarixi Azərbaycan xalqı üçün Anım Günüdür. Bütün Amerikanlar həmişə 11 Sentyabr hadisələrinin baş verdiyi səhər harada olduqlarını yada saldıqları kimi, bütün Azərbaycan xalqı da 1992-ci ilin Fevral ayının 25-26-da harada olduqlarını həmişə yada salacaqlar”.

Təşkilatçılar həmçinin bildirib ki, terrorun qurbanı kimi Azərbaycan ABŞ-ın Terrorla mübarizədə etibarlı müttəfiqidir, Azərbaycan sülhməramlıları Kosovo, Əfqanıstan və İraqda amerikalılarla birlikdə xidmət edir.

Xocalı faciəsinin 20-ci ildönümü ərəfəsində ABŞ Azərbaycanlıları Şəbəkəsi və bütün Amerikada yaşayan azərbaycanlılar və onların dostları Konqresi bu faciəni tanımağa və anmağa və Ermənistana bu faciəyə görə məsuliyyəti üzərinə götürməyə və işğal altında olan Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmaq üçün təzyiq göstərməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR