İranda bir nəfər edam edilib

İranda bir nəfər edam edilib
# 25 iyul 2012 04:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın İlam vilayətində bir nəfər edam edilib. APA-nın məlumatına görə, narkotik maddələri evində saxlamaqda, istifadə etməkdə və ticarəti ilə məşğul olmaqda təqsirləndirilən şəxs barədə İlam İnqilab Məhkəməsi ölüm hökmü çıxarıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiq ediləndən sonra İlam vilayətinin Dalab şəhərinin həbsxanasında icra edilib.
Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR