Cənubi Sudanda hərbi katerin qəzaya uğraması nəticəsində 40 nəfər həlak olub

Cənubi Sudanda hərbi katerin qəzaya uğraması nəticəsində 40 nəfər həlak olub
# 18 sentyabr 2012 03:42 (UTC +04:00)
Bakı-APA. Cənubi Sudan sahilləri yaxınlığında hərbi katerin qəzaya uğraması 40 nəfərin ölümü ilə nəticələnib. Bu barədə Cənubi Sudan ordusunun rəsmisi Filipp Auger məlumat verib.

Daha öncə, hadisə nəticəsində 10 nəfərin öldüyü bildirilirdi. Frans Press-in məlumatına görə, katerdə 170-dək hərbçi olub.

Hərbi kater Cənubi Sudan sərhədçilərinin səhvən açdıqları atəş nəticəsində batıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR