Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb
# 29 fevral 2012 10:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq keçirib. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevral ayının III ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının II ongünlüyünə nisbətən 3 kubmetr/saniyə artaraq 120 kubmetr/saniyə təşkil edib.

Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.

Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri normadan 3 dəfə çox olub. Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində isə fenollar və mis birləşmələri 2 dəfə yol verilən həddi keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR