BŞİH Milli Məclisin buraxılması tələbi ilə aksiya keçirilməsi barədə müraciəti cavablandırıb

BŞİH Milli Məclisin buraxılması tələbi ilə aksiya keçirilməsi barədə müraciəti cavablandırıb
# 17 oktyabr 2012 13:58 (UTC +04:00)
Kampaniyanın Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, paytaxt meriyası gənclərin oktyabrın 20-də saat 15.00-da Fəvvarələr meydanında keçirmək istədikləri aksiyanı məqsədəuyğun hesab etməyib. Şəhər icra hakimiyyəti təşkilatçılara Səbayel rayonu Bibiheybət qəsəbəsi, 20-ci sahə, sürücülük məktəbinin həyətindəki meydançada mitinq keçirməyi təklif edib.

Aksiyanın Təşkilat Komitəsinin üzvü, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə APA-ya deyib ki, Milli Məclisə yenidən seçkilərin keçirilməsi tələbi ilə keçirilməsi nəzərdə tutulan tədbirin təşkilatçıları aksiyanın qərara alındığı yerdə keçirilməsində israrlıdırlar.

Qeyd edək ki, “Parlament buraxılsın” aksiyasına əvvəlcə sosial şəbəkələrdə başlanıb, sonradan isə bu səhifənin təsisçiləri olan 50-yə yaxın ictimai təşkilat rəhbəri, bloqqer və ictimai-siyasi baxımdan aktiv gənclər hərəkat şəklində aksiya keçirmək qərarına gəliblər.

Aksiyanın təşəbbüskarları arasında İctimai Palataya daxil olan partiyaların gənclər təşkilatları da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR