«AtaLeasing» şirkəti maliyyələşdirməni dayandırıb

«AtaLeasing» şirkəti maliyyələşdirməni dayandırıb
# 23 fevral 2012 08:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaLeasing» şirkəti lizinq maliyyələşdirilməsi üzrə bütün əməliyyatlarını dondurub. Bu barədə «APA-Economics»ə şirkətdəki məlumatlı mənbələrdən bildirilib.

Mənbənin sözlərinə görə, hazırda bütün sahələr üzrə əməliyyatlar dayandırılıb. Bu ilin mart ayının sonundan başlayaraq maliyyələşdirmə əməliyyatlarının yenidən bərpa olunacağı gözlənilir. Hazırda əməliyyatların dayandırılması isə bilavasitə vəsait çatışmazlığı ilə bağlıdır.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR