Azərbaycanda ananın məhkum qızına heroin ötürməsinin qarşısı alınıb - FOTOSESSİYA

Azərbaycanda ananın məhkum qızına heroin ötürməsinin qarşısı alınıb - <font color=red>FOTOSESSİYA</font>
# 26 mart 2012 07:59 (UTC +04:00)
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1987-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qulamova Lalə Qulam qızının yanına qısamüddətli görüşə gəlmiş anası Qulamova Gülçöhrə Qafar qızının üzərinə baxış keçirilən zaman əynində olan jiletin cibindən əl dəsmalının içində 1 ədəd sellofana bükülmüş ümumi çəkisi 1,196 qram olan narkotik maddə - «heroin» aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR