Goranboyda uşaq bağçasının ərazisində yanğın olub, 5 nəfər təxliyə edilib

Goranboyda uşaq bağçasının ərazisində yanğın olub, 5 nəfər təxliyə edilib
# 29 sentyabr 2012 07:13 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Goranboy rayonunda uşaq bağçasının ərazisində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istindən verdiyi məlumata görə, Veyisli kəndində ümumi sahəsi 785 kvadrat metr olan birmərtəbəli uşaq bağçasının girişində 1 ədəd elektrik lövhəsi yanıb.

Yanğın zamanı 5 nəfər (işçilər) yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Bağça yanğından bağça mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR