NATO helikopteri Əfqanıstanda qəzaya uğrayıb, 10 hərbçi həlak olub

NATO helikopteri Əfqanıstanda qəzaya uğrayıb, 10 hərbçi həlak olub
# 16 avqust 2012 15:15 (UTC +04:00)
Bakı – APA. Əfqanıstanın cənubunda NATO helikopteri qəzaya uğrayıb. APA-nın məlumatına görə, qəza nəticəsində 11 nəfər – üçü ABŞ hərbçisi olmaqla, 7 xarici hərbçi, üç yerli hərbçi və bir əfqan tərcüməçi həlak olub.

Helikopter Qəndəhar əyalətinin Şah-Bal-Kot dairəsində qəzaya düşüb. Qəzanın səbəbləri hələlik məlum deyil. Bununla belə, “Taliban” hadisəyə görə məsuliyyəti üzərinə götürüb.

Qeyd edək ki, 2012-ci ildə Əfqanıstanda 224 ABŞ hərbçisi həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR