Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasında jurnalist Xədicə İsmayılovanın müraciətinə baxılıb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasında jurnalist Xədicə İsmayılovanın müraciətinə baxılıb
# 13 aprel 2012 15:17 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, iclasda “Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşı Xədicə İsmayılovanın “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetləri ilə bağlı müraciətini araşdırılıb.

Müzakirələr zamanı həmin mətbu nəşrlərin bu ilki saylarında X.İsmayılova barədə gedən materialların hər biri ayrıca müzakirə olunub, onlarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın tələblərinə necə yanaşıldığı müəyyənləşdirilib. Komissiya rəyə gəlib ki, həmin materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsiplərinin tələbləri pozulub, balansa əməl olunmayıb, təhqiramiz ifadələr işlədilib, şəxsi həyatın toxunulmazlığına yol verilib. Komissiya hər üç mətbu orqana gələcək fəaliyyətlərində bu kimi məqamlara yanaşmada daha həssaslıq göstərilməsini tövsiyə edib. İclasda şikayətçi tərəfə də komissiyanın irad və tövsiyələri çatdırılıb. Bildirilib ki, Xədicə İsmayılovanın mediada “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadəyə ünvanlanan təhqiramiz ifadələri də jurnalist üçün yolverilməzdir, peşə etikası ilə bir araya sığmadığına görə belə hallar da məqbul sayıla bilməz .
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR