Penitensiar xidmət: Timoşenko təcridxanada müalicə olunacaq

Penitensiar xidmət: Timoşenko təcridxanada müalicə olunacaq
# 12 mart 2012 23:45 (UTC +04:00)
Bakı-APA. Xarkovun Kaçanov təcridxanası Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya müalicə olunmaq üçün bütün şəraiti təqdim edə bilər. Ukrayna Dövlət Penitensiar xidməti bəyanatla çıxış edib.

Timoşenko 2009-cu ildə Rusiya ilə təbii qaz müqaviləsini imzalayarkən səlahiyyət həddini aşma ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun tərəfdarları həbsxanada keçmiş baş nazirin səhhətinin pisləşdiyini iddia edirlər: Timoşenko belindəki problemlərə görə sərbəst hərəkət edə bilmir.

Ukrayna baş prokuroru Viktor Pşonka lazım gələrsə, Timoşenkonun həbsxanadan kənarda müalicə oluna biləcəyini demişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR